General Supply

Dünyanın hər yerində General Supply təchizat zənciri, logistika, avadanlıq kirayəsi və saxlama kimi xidmətlər göstərən şirkət qismində tanınır. Biz, bazara geniş nəzarət bacarığına malik olmaqla və hər bir müştərimizin spesifik ehtiyaclarını nəzərə almaqla xidmət göstəririk.

General Supply haqqında

General Supply 2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahələrini təchizat və logistika xidmətləri təşkil edir. Bundan əlavə, malların istehsal sahələrindən istehlak yerlərinə çatdırılması bizim tərəfimizdən optimal şəkildə həyata keçirilir. Biz, bütün nəqliyyat vasitələrinə yüklərin yüklənməsi və daşınması, gömrük rəsmiləşməsi, texnikaların icarəsi xidmətlərini təklif edirik. Tərəfdaşlıq əlaqələrinin qurulması və sifarişçilərin istəklərinə uyğun olaraq nəqliyyat, texnologiya, ticarət, sənaye və energetika sahələrində yüksək xidmət göstərməyimiz bizə stabil və davamlı uğur qazandırır.

Təchizatın tam dövriyyəsi

General Supply MMC komandası olaraq təchizatın idarəetmə zəncirinin tam dövriyyəsini – alış, nəqliyyat, gömrük rəsmiləşməsi, sertifikatlaşdırma, icazə sənədlərinin alınması, saxlanılma, çatdırılma xidmətlərini təqdim edirik.

Xidmətlər

Konsultasiya/ Bazar araşdırması

Biz müştərilərimizə məhsul seçimi haqda konsultasiya xidməti göstəririk. Müştərimizi dəqiq məlumatla təmin etmək üçün həm yerli, həm də xarici bazarı ətraflı araşdırırıq.

Idxal Xidmətləri

General Supply MMC üç ildən artıqdır ki, müştərilərinə daxili və xarici gömrük rəsmiləşməsi xidmətini uğurla həyata keçirir. Etibarlı və uzunmüddətli əməkdaşlıq əlaqələrimizin olması müştərilərimizin istənilən növ mallarının gömrük rəsmiləşməsinə zəmanət verir.

Partnyorlar